ABŞ-də yenidən ət yeyən parazit peyda olub

ABŞ-də yenidən ət yeyən parazit peyda olub backend

Yoluxmuş heyvanların əti ilə qidalanan ət yeyən parazit ABŞ-də yenidən peyda olub.

Qaziler.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik ölkə ərazisində ilk dəfə “Cochliomyia hominivorax” qurduna ilk yoluxma halının aşkarlandığını təsdiqləyib. Təhlükəli parazit Texas ştatında üçhəftəlik bir buzovda tapılıb.

Bu parazitin sürfələri heyvanın açıq yaralarında məskunlaşır və canlı əti yeməyə başlayır. Onlar zədələnmiş nahiyəni tədricən böyüdərək ağır infeksiyalara səbəb olurlar.

Parazit iribuynuzlu qaramal, ev heyvanları, yabanı təbiət və nadir hallarda hətta insanlar üçün ciddi təhlükə yaradır.

Yoluxmuş buzov aşkar edildikdən sonra səlahiyyətli orqanlar dərhal 20 kilometr radiusda karantin elan edərək nəzarəti gücləndiriblər. Həmçinin zərərvericinin yayılmasının qarşısını almaq üçün milyonlarla steril milçəyin təbiətə buraxılmasına başlayıblar.

Mütəxəssislərin sözlərinə görə, ABŞ keçmişdə bu paraziti tamamilə məhv etməyə nail olub və indi də rəsmilər bu uğuru təkrarlamaq niyyətindədirlər.

Rəsmilər vurğulayıblar ki, ət məhsulları alanlar üçün heç bir təhlükə yoxdur.

QAZİLER.AZ