Qırğızıstan sənədlərdə cinsin dəyişdirilməsini qadağan edir

Qırğızıstan sənədlərdə cinsin dəyişdirilməsini qadağan edir backend

Qırğızıstan parlamentində sənədlərdə cinsin dəyişdirilməsinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsi birinci oxunuşdan qəbul edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının parlamentinin (Joqorku Keneşin) mətbuat xidməti məlumat yayıb.

Dəyişikliklər Ailə Məcəlləsinə, həmçinin "Vətəndaşlıq vəziyyəti aktları haqqında" və "Vətəndaşların sağlamlığının qorunması haqqında" qanunlara şamil olunacaq.

"Milli-mədəni əsasların, ailənin konstitusiya dəyərlərinin, demoqrafik maraqların və ictimai təhlükəsizliyin qorunmasının prioritetliyini rəhbər tutaraq, Qırğızıstan Respublikasının qanunvericiliyinə vətəndaşlıq vəziyyəti aktlarında və digər sənədlərdə cinsin (bioloji cinsin) dəyişdirilməsi barədə qeydin edilməsini birmənalı şəkildə qadağan edən dəyişikliklərin daxil edilməsi təklif olunur", — deyə deputat Saqınayev təklif olunan düzəlişləri şərh edib.

Deputatın sözlərinə görə, qanun layihəsi ailə institutunun, demoqrafik təhlükəsizliyin qorunması, milli-mədəni kimliyin və ənənəvi dəyərlərin qorunması məqsədilə hazırlanıb.

QAZİLER.AZ