"Livanda uzunmüddətli sülh üçün fürsət yaranıb" - İsrael Kats

"Livanda uzunmüddətli sülh üçün fürsət yaranıb" - İsrael Kats backend

Livanda atəşkəs rejimi təkcə İsrailin şimal sakinləri üçün təhlükəsizliyi təmin etmir, həm də uzunmüddətli sülhün bərqərar olması üçün fürsət yaradır.

Qaziler.az xəbər verir ki, "The Times of Israel" qəzetinin yazdığına görə, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.

“Saziş bu günə qədər Livanda yaratdığımız reallığı əks etdirir. Livan dövləti ilə sülh sazişinə gətirib çıxara biləcək bir reallıqdır", - deyə o, atəşkəsi "böyük bir nailiyyət" adlandırıb.

Daha əvvəl İsrail və Livan ABŞ-nin vasitəçiliyi ilə "Hizbullah" tərəfindən zərbələrin tamamilə dayandırılması şərti ilə atəşkəs rejiminə riayət olunması barədə razılığa gəliblər. Tərəflər həmçinin nəzarətin tamamilə Livan silahlı qüvvələri tərəfindən həyata keçiriləcəyi eksperimental zonaların yaradılması barədə də razılıq əldə ediblər. Rəsmi olaraq "Hizbullah" danışıqlar prosesində iştirak etmədiyi üçün bu öhdəlikləri öz üzərinə götürməyib.

QAZİLER.AZ