Konqo Demokratik Respublikasının (DRK) şərqində Ebola epidemiyası xəstəliyinin simptomları olan 11 nəfər tibb rəsmiləri tərəfindən yerləşdirildikləri karantin təcridxanalarından qaçıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Hazırda qaçan şəxslərin axtarışı aparılır. Ümumilikdə Konqoda hazırkı Ebola epidemiyasının alovlanması ilə əlaqədar 4,2 min insan tibb işçilərinin nəzarəti altındadır.
Son həftələrdə ölən və ya yoluxmuş Ebola xəstələri ilə təmasda olan insanların izlənilməsi nisbəti 46%-dir. Ümumdünya Səhiyyə Təşkilatı bu nisbətin 95% olmasını tələb edir. Ebola virusunun inkubasiya dövrü 21 gündür.
Konqo Səhiyyə Nazirliyinin ən son məlumatlarına görə, Eboladan təsdiqlənmiş ölüm sayı 62, təsdiqlənmiş yoluxma halı isə 363-dür.
Qeyd edək ki, Konqoda sayca 17-ci olan bu Ebola epidemiyası mayın 15-də başlayıb.
QAZİLER.AZ



