ABŞ Silahlı Qüvvələri, İranla yaşanan münaqişənin səbəb olduğu yanacaq qiymətlərindəki kəskin artım üzündən şəxsi heyətin təlimlərinin bir hissəsini ixtisar etmək və ya tamamilə ləğv etmək məcburiyyətində qalıb.
Qaziler.az xəbər verir ki, bu barədə "ABC" telekanalı nazirlikdəki mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Pentaqon bütün federal qurumlar arasında ən böyük yanacaq istehlakçısıdır və 2021-ci ildən başlayaraq hər il 1 milyard litrdən çox dizel, həmçinin 10 milyard litr aviasiya yanacağı satın alır. Bununla yanaşı, 2025-ci ilin oktyabrından 2026-cı ilin aprelinə qədər olan dövrdə bütün yanacaq növlərinin orta qiyməti təxminən 27% artıb. Bununla əlaqədar olaraq, nazirliyin təyyarələrin, tankların və digər texnikaların yanacaqla təmin edilməsi üçün nəzərdə tutulmayan əlavə xərcləri ən azı 1 milyard dolları ötəcək.
Pentaqon, həmçinin mülki şəxslər üçün yanacaq qiymətlərinin artmasından da asılı vəziyyətdədir. Bu artım təyyarə biletlərinin və şəxsi avtomobillər üçün benzinin bahalaşmasına səbəb olur. Çünki nazirlik adətən hərbi qulluqçuların xidmət və ya təlim yerinə gediş-gəliş xərclərini kompensasiya edir. Bundan əlavə, yanacaq qiymətləri ilə bağlı yaranmış vəziyyətə görə, bəzi bölmələr aprel ayından etibarən təlimlərə gedişləri kəskin şəkildə ixtisar və ya tamamilə ləğv ediblər.
QAZİLER.AZ



