Konqoda sakinlər Eboladan vəfat edən şəxsin meyitini qaçırıblar

Konqoda sakinlər Eboladan vəfat edən şəxsin meyitini qaçırıblar backend

Konqo Respublikasında naməlum şəxslər Eboladan vəfat edən xəstənin dəfn olunması ilə məşğul olan dəfn briqadasına hücum ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Bloomberg" məlumat yayıb. Hadisə ölkənin şərqində, Katana şəhərində baş verib.

Qeyd olunub ki, dəfn briqadasının əməkdaşları cəsədi qoyub qaçmağa məcbur olublar. Nəticədə dəfn mərasimi ölən şəxsin qohumları və şəhər sakinləri tərəfindən keçirilib. Həkimlər bu vəziyyətin yeni yoluxma hallarına səbəb ola biləcəyindən narahatdırlar, çünki Ebola virusu insan öldükdən sonra da təhlükəsini saxlayır.

Rəsmi məlumatlara görə, Konqoda 363 virusa yoluxma halı qeydə alınıb və onlardan 62-si ölümlə nəticələnib. Xəstəlik ölkənin 25 rayonuna yayılıb. Qonşu Uqandada isə 15 yoluxma halı qeydə alınıb ki, onlardan biri ölümlə nəticələnib.

QAZİLER.AZ