Hazırda "Narva-1" keçid məntəqəsində Estoniya-Rusiya sərhədini keçmək üçün sərf olunan vaxtı azaltmaq mümkün deyil.
Qaziler.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Estoniya daxili işlər naziri İqor Taro 3 iyunda açıqlama verib.
Daxili işlər naziri bildirib ki, Narva sərhəd keçid məntəqəsindəki uzun növbələr Ukraynadakı münaqişənin və Estoniyada gömrük nəzarətinin sərtləşdirilməsinin nəticəsidir. O, Rusiyaya sanksiyalı malların idxalının qarşısını almaq üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Taronun sözlərinə görə, əlavə keçid məntəqələrinin açılması və ya avtobus sərnişinlərinin yoxlanılması problemi həll etməyəcək, çünki bu, Narvadan personalın yayınmasını tələb edəcək və əsas keçid məntəqəsində əməliyyatları daha da ləngidə bilər.
QAZİLER.AZ



