Hindistanın paytaxtında otel yanğını: 21 nəfər ölüb, onlarla insan xilas edilib

Hindistanın paytaxtında otel yanğını: 21 nəfər ölüb, onlarla insan xilas edilib backend

Yeni Dehlidəki "Mikasa Inn" otelində baş verən böyük yanğın nəticəsində 21 nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə "Sinxua" agentliyinə istinadən xəbər verir.

Yerli mətbuatın verdiyi məlumata görə, yanğınsöndürmə rəsmisi 35-dən çox insanın xilas edildiyini bildirib. Zərərçəkənlər şəhərin 3 tibb müəssisəsinə aparılıb.

İlkin məlumata görə, yanğın binanın birinci mərtəbəsində başlayıb və qısa müddətdə otelin yuxarı mərtəbələrinə keçib.Otel tikinti qaydalarına zidd tikilmiş ola bilər.

Şahidlərdən biri bildirib ki, binadakı otaqların sayı icazə verilən həddi xeyli keçib və lazımi qəza çıxışları yoxdur.

Hindistanın Baş naziri Narendra Modi X sosial şəbəkəsində  həlak olanların ailələrinə başsağlığı verib.

QAZİLER.AZ