Rusiya səfirliyi yenidən Böyük Britaniyanı Kiyevdəki diplomatlarını təxliyə etməyə çağırıb

Rusiya səfirliyi yenidən Böyük Britaniyanı Kiyevdəki diplomatlarını təxliyə etməyə çağırıb backend

Rusiyanın Londondakı səfirliyinin məlumatına görə, Rusiya Britaniya tərəfinə diplomatik heyətin və xarici vətəndaşların Kiyevdən təxliyəsi ilə bağlı təcili tövsiyəsini çatdırıb.

Qaziler.az bildirir ki, bəyanat diplomatik missiyanın rəhbəri Andrey Kelin Xarici İşlər Nazirliyinə dəvət edildikdən sonra verilib.

"Səfir həmsöhbətlərini Rusiya Xarici İşlər Nazirliyinin Kiyevdəki hərbi və hərbi-sənaye obyektlərinin sistematik şəkildə məhv edilməsi ilə bağlı 25 may tarixli açıqlamasına ciddi yanaşmağa çağırdı. O, Britaniya tərəfinə diplomatik heyətin və xarici vətəndaşların şəhərdən təxliyəsi ilə bağlı təcili tövsiyəsini təkrarladı", - şərhdə deyilir.

QAZİLER.AZ