Rutte gənc ruiyalılara müraciət etdi

Rutte gənc ruiyalılara müraciət etdi backend

NATO-nun baş katibi Mark Rutte gənc rusiyalılara Rusiyanın müharibədəki itkiləri ilə bağlı sərt bir açıqlama ilə müraciət etdi və Moskvanı danışıqlara qayıtmağa çağırdı.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ruttenin Kiyevdə keçirilən mətbuat konfransındakı açıqlamasına istinadən məlumat yayıb.

NATO-nun baş katibi çıxışı zamanı Rusiya qoşunlarının ölüm və ya ağır yaralanma riski yüksək olan cəbhə xəttinə göndərildiyini vurğulayıb.

"Onlar sizin üçün rodeo hazırlayıblar. Sizə uyğun olmayan sursat verir və sizin ya öləcəyiniz, ya da yaralanacağınızın böyük ehtimalı ilə döyüşə göndərirlər. Hətta yaralansanız belə, ölənə qədər çirkabda əzab çəkməyə məcbur olacaqsınız", - o, Rusiyanın gənc vətəndaşlarına müraciət edərək vurğulayıb.

QAZİLER.AZ

 

 

 

.