"Mən olmasaydım, İsrail mövcud olmazdı" - Tramp

"Mən olmasaydım, İsrail mövcud olmazdı" - Tramp backend

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, o olmasaydı, hazırda İsrail dövləti mövcud olmazdı.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Pod Force One" podkastına verdiyi müsahibədə deyib.

"İsrail mövcud olmazdı. Əgər mən olmasaydım, hazırda İsrail yox idi", - deyə bildirib.

Tramp öz fikrini ABŞ-ın İrana qarşı həyata keçirdiyi addımlarla əsaslandırıb. Onun sözlərinə görə, məhz bu addımlar İslam Respublikasının İsrailə qarşı tammiqyaslı təcavüzə başlamasına mane olub.

QAZİLER.AZ