"Mosulda yerli könüllülərə təlim keçirik. İraqın ikinci ən böyük şəhəri azad olunanadək, bu dəstəyi davam etdirəcəyik".
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Xarici İqtisadi Əlaqələr Qurumunun Baş Məclisindəki çıxışında vurğulayıb.O, bütün qonşu dövlətlərin ərazi bütövlüyünü dəstəklədiklərini və Türkiyənin milli təhlükəsizliyinin vacib olduğunu söyləyib:
"İraqın mərkəzi hakimiyyəti və Türkiyə Silahlı Qüvvələrinin İŞİD-in hücumları qarşısında təsiredici mücadilə göstərməməsi, Mosul kimi şəhərin terrorçuların nəzarətinə keçməsinə səbəb olub. Bu məsələdə yerli könüllülərlə yanaşı, beynəlxalq güclərin də işbirliyi zərurəti yaranıb. Biz bu çərçivədə İraq ərazisində ölkənin şimalındakı muxtariyyətin silahlılarına və yerli könüllülərə təlim keçirik. Mosul azad edilənədək, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Bu yöndə təlim keçən hərbi birliyimizin təhlükəsizliyini təmin etmək üçün əsgər və sursat göndərməyə imkanımız var. İŞİD-in düşərgəmizə (Mosulun Başika rayonundakı Türkiyə hərbi düşərgəsi - red.) hücumu bizim bu məsələdə haqlı olduğumuzu dünyaya bir daha sübut etdi".