“Ford” ABŞ-dəki 420 min avtomobilini geri çağırır

“Ford” ABŞ-dəki 420 min avtomobilini geri çağırır backend

ABŞ-nin avtomobil istehsalçısı "Ford Motor" təhlükəsizlik kəmərindəki qüsur səbəbindən təxminən 420 min avtomobili geri çağırır.

Qaziler.az xəbər verir ki, bu barədə Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) məlumat yayıb.

Geriçağırılma 2018-2022-ci il istehsalı olan "Ford Expedition" və "Lincoln Navigator" modellərinə şamil edilir.

Bu avtomobillərdə sürücü və ya ön sərnişin oturacağındakı təhlükəsizlik kəmərlərinin gəriciləri kəməri öz-özünə bloklaya bilər ki, bu da onun lazımi qaydada uzanmasına və ya geri yığılmasına mane olur və qəza zamanı xəsarət alma riskini artırır.

Odur ki, diler mərkəzlərinin əməkdaşları geri çağırılan avtomobilləri yoxlayacaq və nasaz kəmərləri əvəzləyəcək.

QAZİLER.AZ