Tramp İrana qarşı quru əməliyyatına hazırlaşır?

Tramp İrana qarşı quru əməliyyatına hazırlaşır? backend

ABŞ-nin İrana qarşı quru əməliyyatı keçirməsinə ehtiyac yoxdur.

Qaziler.az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp "Pod Force One" podkastına verdiyi müsahibədə bəyan edib.

"Bizə hazırda quru əməliyyatı lazım deyil. Bilirsiniz, biz sadəcə bombardmanlarla onların silahlı qüvvələrinin böyük hissəsini məhv etmişik", - deyə Tramp müvafiq suala cavabında bildirib.

Tramp münaqişənin nizamlanması ilə bağlı danışıqların "sürətlə inkişaf etdiyini" qeyd edib.

QAZİLER.AZ