İranın Küveyt beynəlxalq hava limanına təşkil etdiyi hücum nəticəsində bir nəfər həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.
Qaziler.az xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hücum nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb, həmçinin həyati əhəmiyyətli infrastruktura, o cümlədən diplomatik missiyalara ziyan dəyib.
Nazirlik hücumla bağlı İrana qarşı qəti etirazını və qınağını ifadə edib.
Qeyd edək ki, iyunun 3-ü səhər saatlarında İran pilotsuz uçuş aparatları və raketlərin köməyi ilə Küveyt hava limanına hücum edib və buna görə hava limanı fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
QAZİLER.AZ



