Madyar Aİ daxilində veto hüququnun ləğvinə qarşı çıxdı

Madyar Aİ daxilində veto hüququnun ləğvinə qarşı çıxdı backend

Macarıstanın baş naziri Peter Madyar Avropa İttifaqı daxilində yekdillik (konsensus) prinsipindən imtina edərək, onu ixtisaslı səs çoxluğu ilə əvəz etməyə qarşı çıxıb.

Qaziler.az xəbər verir ki, onun sözlərini "Frankfurter Allgemeine Zeitung" qəzeti sitat gətirib.

O vurğulayıb ki, yekdillik prinsipinin səs çoxluğu ilə əvəzlənməsinin tərəfdarı deyil. Siyasətçi qeyd edib ki, kompromis tapmaq üçün Avropa İttifaqı daxilində danışıqlar aparılacaq.

Macarıstanın baş naziri Aİ daxilində diplomat kimi çalışdığını xatırladıb və vahid mövqe hazırlamağın nə qədər çətin olduğunu anladığını bildirib. Bununla belə, o, əksər hallarda buna nail olunduğunu diqqətə çatdırıb.

"Biz bir-birimizi məğlub etməyə deyil, bir-birimizi anlamağa və inandırmağa çalışmalıyıq. İnsanlar “Avropa Birləşmiş Ştatları”nı deyil, güclü üzv dövlətlərə əsaslanan Avropa İttifaqını görmək istəyirlər", — deyə Madyar bəyan edib.

QAZİLER.AZ