İran Bəhreyn və Küveyti İslam Respublikasına zərbələr endirmək üçün ABŞ-yə öz ərazilərindən istifadə etməyə icazə verməkdə ittiham edib.
Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, Bəhreyn və Küveyt hücumlara görə "birbaşa və aşkar məsuliyyət" daşıyırlar, çünki onların əraziləri və obyektləri ABŞ-nin İrana qarşı hərbi əməliyyatını dəstəkləmək üçün istifadə olunub.
İran XİN vurğulayıb ki, İslam Respublikası özünümüdafiə hüququnu özündə saxlayır və cavab vermək üçün bütün mövcud vasitələrdən istifadə edəcək.
QAZİLER.AZ



