Rusiyada müxalifət lideri Boris Nemtsovu qətlə yetirən killer “VAZ 21102” markalı avtomobillə hadisə yerindən qaçıb. APA-nın xəbərinə görə, bu barədə Kremlə yaxın “LifeNews” telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Hazırda Moskvanın bütün polis bölmələri və postları bu avtomobilin axtarışına cəlb olunub. Avtomobilin Şimali Osetiya nömrəsi daşıdığı, lakin 2011-ci ildə qeydiyyatdan çıxarıldığı bildirilir. Avtomobilin keçmiş sahibi müəyyənləşdirilib. O, Vladiqafqazda yaşayır.