Macarıstan Ukraynaya qarşı siyasətini dəyişir: Orban veto qoymuşdu, Madyar aradan qaldırdı

Macarıstan Ukraynaya qarşı siyasətini dəyişir: Orban veto qoymuşdu, Madyar aradan qaldırdı backend

Macarıstan Ukraynaya silah təzminatının ödənilməsinə qoyulan iki illik qadağanı aradan qaldırdı

Macarıstanın Baş naziri Peter Madyar hökuməti əvvəlki hökumətin Ukraynaya qarşı siyasətini dəyişdirməyə başlayıb.

İlk addımlardan biri Aİ-də mühüm vetonun ləğvi olub.

Qaziler.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Nəşrin məlumatına görə, Macarıstanın yeni hökuməti Avropa Sülh Fondu (EPF) ilə bağlı qərarlara qoyulan maneəni aradan qaldırıb. Fondun vasitəsilə AB ölkələri Ukraynaya ötürülən silahlara görə kompensasiya alır.

Budapeştin mövqeyində dəyişiklik barədə Macarıstan nümayəndəsi Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin iclası zamanı bildirib. Bir neçə avropalı diplomat bu məlumatı "Politico"ya təsdiqləyib.

QAZİLER.AZ