NATO-nun həmişə mövcud olacağına dair heç bir zəmanət yoxdur.
Qaziler.az xəbər verir ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bunu "Bloomberg"ə verdiyi müsahibədə bildirib.
"NATO-nun daim mövcud olacağına dair heç bir zəmanətimiz yoxdur", - deyə o bildirib.
Keçmiş baş katib alyansı öz öhdəliyini dəfələrlə təkrarlamalı olduğu və yaxşı-pis anların olduğu bir evliliklə müqayisə edib.
Bununla belə, o, NATO-nun gələcəkdə də mövcud olmağa davam edəcəyini bildirib.
QAZİLER.AZ



