"Politico" Ukrayna və Moldova ilə bağlı Aİ-nin mühüm qərarının tarixini açıqlayıb

"Politico" Ukrayna və Moldova ilə bağlı Aİ-nin mühüm qərarının tarixini açıqlayıb backend

Cəmi bir neçə gündən sonra tarixi addım atmaq planlaşdırılır.

Macarıstan danışıqlar prosesinin başlanması ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə hazırlaşdığı üçün Aİ Ukraynanın qəbulu ilə bağlı irəliləyiş gözləyir.

Qaziler.az bildirir ki, bu barədə "Politico" məlumat yayıb.

Dörd Avropa diplomatı deyib ki,Budapeşt Ukraynanın Avropa Birliyinə üzvlük cəhdinə etirazlarını geri götürməyə hazır olduğunu bildirib.

Əgər bu baş verərsə, Ukrayna və Moldova Avropa inteqrasiyasının növbəti mərhələsinə  keçə biləcəklər.

"Politico"nun mənbələrinə görə, müvafiq qərar iyunun 15-də Lüksemburqda keçiriləcək hökumətlərarası konfrans zamanı verilə bilər.

QAZİLER.AZ