Hindistanda fil 62 yaşlı fermeri tapdalayıb.
Hindistanın Kerala ştatında yaşlı bir fermer filin qurbanı olub.
Qaziler.az bildirir ki, bu barədə "The New Indian Express" məlumat verib.
Ölümlə nəticələnən hücum yerli vaxtla təxminən saat 2:45 radələrində baş verib. 62 yaşlı Mohanan filin nəriltisini eşidib və heyvanı qorxutmaq üçün fənərlə çölə çıxıb.
O zaman fil kökündən çıxardığı kokos ağacını yeyirdi. Mohananı görən kimi onun üstünə hücum edib. Mohanan qaçmağa macal tapmamış fil onu tapdalayaraq öldürüb.
QAZİLER.AZ



