Hindistan Mərkəzi Bankı Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi fonunda valyuta aktivlərini artırmaq məqsədilə may ayında iki həftə ərzində öz ehtiyatlarından təxminən 12 milyard dollar dəyərində qızıl satıb.
Qaziler.az xəbər verir ki, bu barədə ekspertlərə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.
Mənbələrin qiymətləndirmələrinə görə, bu əməliyyatlar sayəsində Hindistan Mərkəzi Bankı təxminən 7,5 milyard dollar dəyərində likvid valyuta aktivi əldə edə bilib. Bu addım, xarici kapitalın ölkədən çıxışı və enerji daşıyıcılarının idxalı xərclərinin artması fonunda Hindistan rupisinin məzənnəsini sabitləşdirməyə kömək edib.
Agentlik qeyd edir ki, geosiyasi gərginliyin səbəb olduğu dünya neft qiymətlərinin artması ehtiyatlar üzərindəki təzyiqi daha da gücləndirib.
“Bloomberg” yazır ki, gələcəkdə dolların zəifləməsi, investisiya axınının bərpa olunması və neft qiymətlərinin aşağı düşməsi halında Hindistan tənzimləyicisi valyuta ehtiyatlarını artırmağa davam edə bilər.
Hindistan Mərkəzi Bankının məlumatına görə, mart ayının sonuna olan vəziyyətə əsasən, onun qızıl ehtiyatları 880 tonu ötüb. Bu ehtiyatların təxminən 77%-i ölkə daxilində saxlanılır, xaricdəki aktivlərin əsas hissəsi isə İngiltərə Bankı (Bank of England) və Beynəlxalq Hesablaşmalar Bankında yerləşdirilib.
QAZİLER.AZ



