İran iki ölkə arasındakı ziddiyyətlərin nizamlanmasına yönəlmiş və ABŞ tərəfindən təklif olunan yekun razılaşma variantına hələlik cavab verməyib.
Qaziler.az xəbər verir ki, bu barədə iyunun 2-də "Mehr" agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətinin sözlərinə görə, Tehranda yekun mətnin müzakirəsi davam edir. O qeyd edib ki, İran keçmiş razılaşmaların təcrübəsini və ABŞ tərəfindən öhdəliklərin yerinə yetirilməsinə olan etmadsızlığı nəzərə alaraq, təklifin nəzərdən keçirilməsinə böyük ehtiyatla yanaşır.
"Əvvəlki təcrübəyə əsaslanaraq, İran real və nəzərəçarpan nəticələr əldə etməyə çalışır", – deyə mənbə bildirib.
O, həmçinin əlavə edib ki, tərəflər riskləri fərqli qiymətləndirirlər: ABŞ münaqişənin gərginləşməsindən (eskalasiyadan) ehtiyat edir, İran isə mümkün razılaşmanın etibarlılığından narahatdır.
QAZİLER.AZ



