Livanda müharibənin vurduğu zərərin ilkin həcmi açıqlanıb

Livanda müharibənin vurduğu zərərin ilkin həcmi açıqlanıb backend

Davam edən hərbi əməliyyatların Livana vurduğu zərər artıq 20 milyard dolları ötüb. İsrail ilə döyüşlər davam edərsə, bu məbləğ 25 milyard dollara qədər yüksələ bilər.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Yassin Caber açıqlama verib.

Nazirin sözlərinə görə, iqtisadi və sosial zərərin miqyasını hələlik tam qiymətləndirmək qeyri-mümkündür. O qeyd edib ki, fəsadların daha dəqiq mənzərəsi yalnız hərbi əməliyyatlar başa çatdıqdan və köçkün düşmüş sakinlər viran qalmış ərazilərə qayıtdıqdan sonra məlum olacaq.

Livan rəhbərliyi xəbərdarlıq edib ki, uzanan münaqişə maliyyə vəziyyətini daha da pisləşdirə bilər. Ölkənin yenidən bərpası isə uzun müddət çəkəcək.

QAZİLER.AZ