İtaliyanın Valbrembo kommunasında göyərtəsində iki nəfərin olduğu yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Qaziler.az xəbər verir ki, bu barədə yerli "Today" qəzeti məlumat yayıb.
Nəşrin verdiyi məlumata görə, təyyarə uçuş dərsi zamanı qəzaya uğrayıb. Təyyarənin 1999-cu il təvəllüdlü təlimatçısı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan tələbə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
"Hadisə şahidinin sözlərinə görə, yüngül təyyarə əvvəlcə hündürlüyü itirib, daha sonra fənər dirəyinə çırpılaraq evlərin arasına düşüb", - xəbərdə qeyd olunub.
Vurğulanır ki, İtaliyanın Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentliyi faktla bağlı araşdırmalara başlayıb. Mütəxəssislər hadisənin dəqiq səbəblərini müəyyənləşdirəcəklərini bildiriblər.
QAZİLER.AZ



