İraqda təlim zamanı ABŞ və Böyük Britaniya hərbçiləri ölüb

İraqda təlim zamanı ABŞ və Böyük Britaniya hərbçiləri ölüb backend

ABŞ silahlı qüvvələrinə məxsus bir hərbi qulluqçu və Böyük Britaniyanın bir hərbçisi İraqda keçirilən təlimlər zamanı həlak olub.

Qaziler.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Hadisə mayın 31-də ölkənin şimalındakı Ərbil şəhərində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin bazasında baş verib.

Hadisənin təfərrüatları nə ABŞ, nə də Böyük Britaniya tərəfindən açıqlanmır, həlak olanların adları da qeyd olunmur.

Daha əvvəl verilən məlumata görə, mayın əvvəlində Mərakeşdə keçirilən "Afrika şiri" təlimləri zamanı iki ABŞ hərbçisi uçurumdan Atlantik okeanına düşərək itkin düşmüşdü. Sonra onlardan birinin cəsədi tapılmışdı.

QAZİLER.AZ