Günəşdə güclü partlayış olub – Maqnit qasırğası gözlənilir

Günəşdə güclü partlayış olub –  Maqnit qasırğası gözlənilir backend

İyunun 2-si səhər saatlarında Günəşdə gücünə görə sondan əvvəlki sinfə (M) aid partlayış qeydə alınıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Mütəxəssislərin məlumatına görə, Bakı vaxtı ilə saat 08:45-də rentgen diapazonunda təxminən 5 dəqiqə davam edən M1.2 sinifli partlayış qeydə alınıb. Hadisənin koordinatları S22E89 kimi göstərilib.

Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Burada A ən zəif, X isə ən güclü sinif hesab olunur. Bununla yanaşı, hər növbəti sinif gücün təxminən on dəfə artması ilə fərqlənir.

Qeyd olunur ki, bu növ partlayışlar bəzən Günəş plazmasının atılması ilə müşayiət olunur. Bu axınlar Yer kürəsinə çatdıqda maqnit qasırğalarına səbəb ola və texnikanın, eləcə də peyk sistemlərinin işinə təsir göstərə bilər.

QAZİLER.AZ