Maldiv adalarında bir il ərzində 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq olunacaq.
Qaziler.az xəbər verir ki, bu barədə ölkə prezidenti Mohamed Muizzu məlumat verib.
Prezidentin fikrincə, bu addım yetkinlik yaşına çatmayanların yoldan çıxarılması, kiberbullinq və islam dəyərlərinə zidd olan kontent problemləri səbəbindən zəruridir. O, bu məhdudiyyəti Maldiv adalarının uşaqlarının və bütövlükdə cəmiyyətin rifahı üçün vacib bir təminat adlandırıb.
"Prezident bunu gəncləri getdikcə qloballaşan dünyanın təhlükələrindən qorumaq üçün mühüm bir addım kimi təqdim etdi. Bu addım administrasiyanın insan potensialının inkişafına sadiqliyini əks etdirir, lakin rəqəmsallaşmadan imtina və ya uşaqların təhsil sisteminin pozulması mənasına gəlmir", - Prezidentin veb saytında qeyd olunub.
Bundan əvvəl Norveçdə də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsinin hazırlandığı bildirilirdi. Sənədin 2026-cı ilin sonunadək parlamentə təqdim edilməsi planlaşdırılır.
QAZİLER.AZ



