İraq sahillərində Fars körfəzində yük gəmisi vurulub

İraq sahillərində Fars körfəzində yük gəmisi vurulub backend

Fars körfəzində, İraqın Ümm-Qəsr liman şəhəri yaxınlığında Panama bayrağı altında üzən yük gəmisinə mərmi düşüb.

Qaziler.az bildirir ki, bu barədə 1 iyun tarixində Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatının (UKMTO) saytında məlumat verilib.

"UKMTO, Ümm-Qəsrdən 40 dəniz mili cənub-şərqdə baş verən hadisə barədə məlumat alıb. Yük gəmisi Fars körfəzindən keçərkən naməlum mərminin gəminin sağ tərəfinə dəyməsindən sonra güclü partlayış baş verib", - deyə bəyanatda bildirilir.

İtkilər və ya ətraf mühitə təsirlər barədə heç bir məlumat verilməyib.

QAZİLER.AZ