Yaponiyada zəlzələ baş verib

Yaponiyada zəlzələ baş verib backend

Yaponiya sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.

Yaponiyanın Honsyu adası sahillərində zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.

Yeraltı təkanlar iyunun 1-də yerli vaxtla saat 22:30-da  qeydə alınıb. Onların maqnitudası 4,6-ya çatıb və seysmoloqlar bunu əhəmiyyətli zəlzələ hesab edirlər.

Episentr İvate prefekturasının Miyako liman şəhərindən 91 kilometr cənub-şərqdə və Morioka şəhərindən 156 kilometr şərqdə yerləşir.

Zəlzələnin episentri 33 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.

QAZİLER.AZ