Belarus Prezidenti Aleksandr Lukaşenko Şimali Koreya lideri Kim Çen Inın onda çox ciddi təsir bağışladığını bildirib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Lukaşenko Kim Çen Inı “perspektivli gənc” kimi xarakterizə edib.
"Şimali Koreya rəhbəri Kim Çen In məndə çox ciddi təsir bağışladı. Ağıllı, gənc, gələcəyi olan, əməkdaşlığa yönəlmiş biridir, o, heç də deyildiyi kimi diktator deyil", - Minskdə Primorsk diyarının qubernatoru Oleq Kojemyako ilə görüşündə Lukaşenko deyib.
QAZİLER.AZ



