İran və ABŞ sazişi BMT qətnaməsi ilə möhkəmləndirmək istəyir

İran və ABŞ sazişi BMT qətnaməsi ilə möhkəmləndirmək istəyir backend

İran və ABŞ münaqişənin dayandırılması barədə saziş layihəsinə sövdələşmənin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə möhkəmləndirilməsi haqqında bəndin daxil edilməsi imkanını nəzərdən keçirirlər.

Qaziler.az xəbər verir ki, bu barədə iyunun 1-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai bəyan edib.

"Biz hələ də ümumi müddəaları müzakirə edirik. Əgər razılıq əldə olunarsa, o, BMT Təhlükəsizlik Şurasının qətnaməsi formasını almalıdır", - Bəqai "Fars" agentliyinin "Telegram" kanalında verdiyi açıqlamada deyib.

Diplomatın sözlərinə görə, tərəflər mesaj mübadiləsini davam etdirirlər, lakin sənədlə bağlı yekun qərar hələ qəbul edilməyib. Hazırkı mərhələdə gələcək sazişin 14 əsas müddəası müzakirə olunur.

QAZİLER.AZ