Vuçiç prezident postundan gedir...

Vuçiç prezident postundan gedir... backend

Serbiya Respublikanın hazırkı rəhbəri Aleksandar Vuçiç yeni prezidentlik müddətinə namizədliyini irəli sürməyəcək.

Qaziler.az xəbər verir ki, bu sözləri Serbiyanın keçmiş Baş nazirinin müavini və "Sosialistlər Hərəkatı"nın sədri Aleksandar Vulin TASS agentliyinə müsahibəsində bildirib.

Vuçiçin istefa açıqlamasının onun yenidən namizədliyini irəli sürmək niyyətini göstərib-göstərmədiyi soruşulduqda, Vulin “xeyr” deyə cavab verib.

O qeyd edib ki, Vuçiç konstitusiya liderdir və Serbiya Konstitusiyasına görə  yalnız iki müddətə prezident olmaq mümkündür.

Bununla yanaşı, Vulin əminliklə vurğulalyıb ki, hazırkı respublika rəhbəri vəzifəsindən getdikdən sonra Serbiyanın siyasi həyatında qalacaq.

QAZİLER.AZ