May ayında ABŞ və Böyük Britaniya Litvada, Belarus sərhədindən təxminən 30 km məsafədə hərbi təlimlər keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayır.
Jurnalın məlumatına görə, "Project Flytrap 5.0" adlı manevrlər Şimali Atlantika Alyansına üzv ölkələr arasında düşmən dronlarına qarşı mübarizənin effektivliyini artırmaq üçün davam edən səylər çərçivəsində, pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə müharibə aparmaq taktikasını tətbiq etmək məqsədilə keçirilib.
Məqalədə deyilir ki, ötən il başlayan təlimlər NATO-nun şərq cinahında potensial rəqiblərin qarşısını almaq təşəbbüsünün bir hissəsidir və şərq sərhədlərinin qorunmasına yönəlib. Almaniya və Polşada başlayan tədbirlər dron müharibəsinin artan miqyasına uyğunlaşmaq üçün geniş miqyas alıb.
QAZİLER.AZ



