NATO ölkələri qüvvələrini Hörmüz boğazına yaxınlaşdırır və zəruri şərtlər yaranarsa, əməliyyata qoşula bilərlər.
"Report"un məlumatına görə, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, alyansın özü boğaz ətrafındakı vəziyyətin həllində birbaşa iştirak etmir.
"NATO hazırda birbaşa rol oynamır, lakin ayrı-ayrı ittifaq ölkələri artıq tədbir görürlər. Onlar qüvvələrini əraziyə yaxınlaşdırırlar", - deyə Draqone qeyd edib.



