Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq backend

Bakıda iyunun 6-7-də klassik və sürət avtomobillərinin festivalı təşkil ediləcək.

Qaziler.az xəbər verir ki, "Classics & Supercars" festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Nazar Holdings"in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.

İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək. Avtomobillər "Klassik avtomobillər zonası", "Supercar zonası" və "İdman avtomobilləri" zonasında nümayiş olunacaq.

Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.

Ziyarətçilərin tədbirə girişi sərbəstdir.