Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb backend

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 2016-cı ilin iyuluna qədər uzadılması barədə qərar qəbul edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın maliyyə, enerji və müdafiə sektoruna və ayrı-ayrı məmurlarına qarşı məhdudlaşdırıcı sanksiyalar 2016-cı ilin iyuluna qədər uzadılıb.

Qərar dekabrın 21-dən qüvvəyə minir.

Qeyd edək ki, Avropa İttifaqı 2014-cü ildə Rusiyaya qarşı sanksiyalar tətbiq edib . Buna səbəb Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişə olub.
Diaspora