İsrailin hücumları: daha 31 livanlı həlak olub

İsrailin hücumları: daha 31 livanlı həlak olub backend

Çərşənbə axşamı səhərdən etibarən İsrailin hücumları nəticəsində 31 Livan vətəndaşı həlak olub, 40 nəfər isə yaralanıb.

Qaziler.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Nazirlikdən qeyd edilib ki, həlak olanlar və yaralananlar arasında qadınlarla uşaqlar da var.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "Şir nərəsi" əməliyyatının başlanğıcından İsrail Müdafiə Qüvvələrinin (İMQ) təxminən 2 500 "Hizbullah" terrorçusunu məhv etdiyini açıqlayıb.