Böyük Britaniya may ayının temperatur rekordunu qırıb.
Londonun Hitrou hava limanında və Kyu Kral Botanika Bağında temperatur 35 dərəcəyə çatıb.
Qaziler.az bildirir ki, bu barədə "The Independent" qəzeti çərşənbə axşamı, 26 may tarixində məlumat verib.
"Böyük Britaniya indiyə qədər ən isti may gününü yaşadı və ardıcıl ikinci gün rekordu qırdı", - nəşr qeyd edib.
RT xəbər verir ki, bir gün əvvəl də temperatur rekordu qırılıb. Londonda civə sütunu 34,8 dərəcə Selsiyə çatıb ki, bu da 82 il əvvəl qeydə alınan rekorddan düz iki dərəcə yüksəkdir.
QAZİLER.AZ



