İran xaricdəki aktivləri blokdan çıxarılmayana qədər ABŞ ilə danışıqların bərpasına getməyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, İran danışıqları aparan şəxslər Qətərə səfərləri zamanı əvvəllər dondurulmuş vəsaitlərə çıxış mexanizmi ilə bağlı son fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.
Bundan əvvəl "Tasnim" agentliyi məlumat vermişdi ki, Tehran və Vaşinqton arasında sülh sazişinin tərkib hissəsi olacaq anlaşma memorandumu çərçivəsində İrana məxsus təxminən 24 milyard dollar vəsaitin dondurulması ləğv edilə bilər.
QAZİLER.AZ



