ABŞ raketlərin, mərmilərin və digər hərbi texnikanın istehsalı üçün mühüm metal olan volframın ciddi çatışmazlığı ilə üzləşib.
Qaziler.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Problem İranla münaqişə zamanı silahların kütləvi şəkildə sərf edilməsindən sonra kəskinləşib. Bununla bərabər, ABŞ dünya volfram həcminin 80%-dən çoxunu istehsal edən Çindən asılı vəziyyətdə qalmaqdadır. 2015-ci ildən bəri ölkədə heç bir yerli volfram mədəni fəaliyyət göstərmir.
Donald Tramp administrasiyası Çin idxalından asılılığı azaltmağa çalışır, lakin infrastruktur və mütəxəssis çatışmazlığı səbəbindən sənayeni tez bir zamanda bərpa etmək qeyri-mümkündür.
Ekspertlərin qiymətləndirməsinə görə, döyüş sursatı ehtiyatlarının bərpası dörd ilə qədər vaxt apara bilər. Böhran fonunda Çin artıq volfram və digər nadir torpaq minerallarına ixrac nəzarəti tətbiq edib ki, bu da qiymətlərin artmasına səbəb olub.
QAZİLER.AZ



