Aİ Ukrayna üzrə sülh elçisinin təyin edilməsi şərtini açıqladı

Aİ Ukrayna üzrə sülh elçisinin təyin edilməsi  şərtini açıqladı backend

Ukrayna üzrə sülh danışıqlarında Avropa İttifaqından (Aİ) nümayəndə vəzifəsinə namizədliyin müzakirəsi yalnız Rusiya sülhə real hazırlıq nümayiş etdirdikdə yerinə düşəcək.

Qaziler.az "Evropeyskaya Pravda"ya istinadla xəbər verir ki, bu bəyanatla Avropa Komissiyasının sözçüsü Paula Pinyo çıxış edib.

"Mən sülh danışıqları və elçilərlə bağlı müzakirələrin növbəti təfərrüatlarına varmayacağam. Siz bizdən dəfələrlə eşitmisiniz: biz prezident Putindən onun real sülh istəyinə dair heç bir siqnal görmürük", — deyə Pinyo bildirib.

Onun sözlərinə görə, "vaxtı çatanda və Rusiyanın sülhə həqiqi hazırlığını gördüyümüz zaman elçilər ilə bağlı müzakirələr aparmaq məqsədəuyğun olacaq”.

QAZİLER.AZ