MDB İcraiyyə Komitəsi Moldovanın Birlik daxilindəki mühüm sazişlərdən çıxması barədə ərizəsini qəbul edib.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bəyan edib.
O bildirib ki, Moldovanın MDB-dən çıxma proseduru tam bir il davam edəcək. Eyni zamanda Kişinyov Birlik ilə əməkdaşlığın iqtisadi tərəfini saxlamaq istədiyini bildirib.
Bu ilin mart ayında Moldovanın MDB-nin əsas müqavilələrindən – Birliyin yaradılması haqqında sazişdən, nizamnamədən və Alma-Ata bəyannaməsindən çıxmaq barədə qərarları ölkə prezidenti Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib.
Bundan əlavə, qərara əsasən, hökumət MDB-nin 22 yanvar 1993-cü ildə Minskdə imzalanmış Nizamnaməsini denonsasiya (ləğv) edib.
QAZİLER.AZ



