ÇXR-də 65 yaşdan yuxarı şəxslərin sayı uşaqları keçib

ÇXR-də 65 yaşdan yuxarı şəxslərin sayı uşaqları keçib backend

Çində 65 yaşdan yuxarı insanların sayı 0-dan 14 yaşadək olan uşaqların sayından çoxdur. Çin Milli Statistika Bürosunun məlumatına görə, bu, ÇXR-də 1949-cu ildə başlamış demoqrafik müşahidələr tarixində ilk dəfə baş verib.

Qaziler.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) qəzeti araşdırmanın nəticələrinə istinadən yazır.

Ötən ilin noyabr ayına olan məlumata görə, Çinin təxminən 1,4 milyardlıq əhalisinin 15,87%-ni 65 və daha yuxarı yaşda olan insanlar təşkil edib, 0-dan 14 yaşadək olanların payı isə 15,25% olub.

Məlumatlar noyabr ayında keçirilən "mini siyahıyaalma"nın nəticələrini ekstrapolyasiya etməklə əldə edilib: hər 10 ildən bir keçirilən milli siyahıyaalmalar arasında 20 milyondan çox insan üzərində aparılan nümunəvi sorğu. Çinin ən son siyahıyaalması 2020-ci ildə keçirilib.

Araşdırma həmçinin göstərib ki, ölkədə sayı artmaqda olan yaşlı insanlara baxımı təmin edəcək əmək qabiliyyətli əhalinin sayı da azalır. 15-59 yaş arası şəxslərin payı ümumi əhalinin 61,89%-ni təşkil edir, bu göstərici 10 il əvvəl 67,33% idi.

QAZİLER.AZ