İsrail və Fələstin rəsmiləri BƏƏ-də gizli görüş keçirib

İsrail və Fələstin rəsmiləri BƏƏ-də gizli görüş keçirib backend

İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) direktoru David Zini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gəlib və Fələstin Milli Administrasiyasının Qəzza zolağındakı Preventiv Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Məhəmməd Dahlan ilə görüş keçirib.

Qaziler.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.

Xidmət rəsmi olaraq qurum rəhbərinin BƏƏ-yə səfəri və Fələstin qüvvələrinin nümayəndəsi ilə görüşməsi faktını nə təsdiq, nə də təkzib edib.

Bundan əvvəl "The Wall Street Journal" qəzeti məlumat vermişdi ki, ABŞ, İsrail və ərəb ölkələri hazırda BƏƏ-də yaşayan Dahlanı münaqişə bitdikdən sonra Qəzza zolağına rəhbərlik edə biləcək və hamı üçün kompromis variant olan bir fiqur kimi nəzərdən keçirirlər.

QAZİLER.AZ