İran ABŞ-ni 200 dollarlıq neftlə hədələdi

İran ABŞ-ni 200 dollarlıq neftlə  hədələdi backend

Atəşkəs dövründə İranın İslam Respublikasının cənubunda ABŞ-ın zərbələrinə cavabı neftin qiymətinin 200 dollara qədər yüksəlməsinə səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə mayın 26-da İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi əməliyyat qərargahının rəsmi nümayəndəsi Ebrahim Zolfari "X" sosial şəbəkəsində bildirib.

"ABŞ hökuməti dəfələrlə nümayiş etdirib ki, yalnız güc dilini anlayır. 200 dollarlıq neftə hazırlaşın", — deyə o bəyan edib.

Zolfarinin qeyd etdiyi kimi, ABŞ regionda hərbi əməliyyatları davam etdirdiyi müddətdə hər hansı diplomatik razılaşmadan söhbət belə gedə bilməz.

QAZİLER.AZ