İran hava məkanının ABŞ tərəfindən pozulduğunu bəyan edib

İran hava məkanının ABŞ tərəfindən pozulduğunu bəyan edib backend

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni ölkənin hava məkanına soxulmaqda ittiham edib və Tehranın cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.  

"Amerika ordusu bölgədəki avantürist hərəkətlərinin davamı olaraq Fars körfəzi bölgəsində İranın hava məkanına soxulub", - SEPAH-ın bəyanatında deyilir.

İran İslam Keşikçiləri Korpusu qeyd edib ki, hava hücumundan müdafiə vasitələrini işə salaraq "MQ-9" PUA-sını vurub, həmçinin "F-35" təyyarəsini və "RQ-4" pilotsuz uçuş aparatını İran məkanını tərk etməyə məcbur edib.

QAZİLER.AZ