Lavrov və Rubio telefonla danışıblar

Lavrov və Rubio telefonla danışıblar backend

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Söhbət zamanı Rusiya tərəfi Vaşinqtona Rusiya Silahlı Qüvvələrinin Kiyevdəki hədəflərə qarşı əlavə tədbirləri barədə məlumat verib.

"Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Sergey Lavrov Amerika tərəfinə rəsmi olaraq məlumat verib ki, Kiyev rejiminin Rusiya ərazisində mülki şəxslərə və mülki obyektlərə qarşı davam edən terror hücumlarına cavab olaraq, Rusiya Federasiyası Silahlı Qüvvələri Kiyevdə yerləşən və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə edilən obyektlərə və müvafiq qərarların qəbul edildiyi mərkəzlərə sistemli və ardıcıl zərbələr endirir", - məlumatda deyilir.

QAZİLER.AZ