Məktəbli qızın bütün bədəni qripdən sonra iflic oldu - Britaniyada

Məktəbli qızın bütün bədəni qripdən sonra iflic oldu - Britaniyada backend

Böyük Britaniyadan olan məktəbli qız keçirdiyi qrip xəstəliyindən sonra boynundan aşağı iflic qalıb.

Qaziler.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, həkimlər virusun nadir rast gəlinən onurğa beyni insultuna səbəb olduğunu ehtimal edirlər.

Leksi Braun 2025-ci ilin dekabrında xəstələnib. Bu zaman onun temperaturu yüksəlib və baş gəllənməsi olub. Bir neçə gün sonra qız güclü ağrılardan qışqıraraq anasına zəng edib. Qadın evə gələndə artıq hadisə yerində olan tibb işçiləri yeniyetmənin həyatını xilas etməyə çalışırmışlar.

Məktəbli qız təcili olaraq xəstəxanaya çatdırılıb və süni komaya salınıb. Beş gündən sonra həkimlər ailəyə Leksidə spinal insult (onurğa beyni insultu) baş verdiyini bildiriblər. Həkimlərin sözlərinə görə, buna ehtimal olunan səbəb keçirilmiş qrip xəstəliyi olub.

Ayıldıqdan sonra 14 yaşlı məktəbli qız müstəqil şəkildə gəzə, danışa və nəfəs ala bilməyib. Hazırda o, xəstəxanadadır və gecələr süni nəfəs aparatından istifadə edir.

Həkimlərin proqnozlarına baxmayaraq, Braun tədricən bərpa olunur. O, artıq gündüzlər müstəqil nəfəs ala bilir, traxeostoma vasitəsilə danışır, qollarını və ayaqlarını qismən hərəkət etdirir. Axırıncı dəfə Leksi ilk dəfə olaraq təxminən 30 saniyə kömək olmadan otura bilib.

QAZİLER.AZ